5 noyabr 2016 00:45

Riçard Almeyda: Slovana da qalib gəlib, qrupdan çıxmaq istəyirik

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının 4-cü turu çərçivəsində səfərdə Yunanıstan PAOK-u üzərində qazanılan qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:

- Matçdan sonra sizə nə oldu? Nə baş vermişdi?
- Oyundan əvvəl hərarətim var idi. Matçın sonunda artıq özümü pis hiss etməyə başladım. İndi hər şey qaydasındadır.

- Öz oyununuzdan razı qaldınız?
- Bizim komandada fərdi oyunun əhəmiyyəti yoxdur. Əsas komanda halında xarakter göstərmək lazımdır. Biz də PAOK-la matçda buna nail olduq.

- Qrupdan çıxmağa çox yaxın olduğunuzu deyə bilərik?
- Bu oyunda qalib gəldik. Amma qarşıda iki oyun var. Hər şey həmin 2 oyundan asılıdır. İstirahət edib qarşıdakı "Zirə" ilə oyuna hazırlaşmalıyıq.

- Səfərdə qələbəni gözləyirdiz, yoxsa maksimum heç-heçəyə ümid edirdiniz?
- Oyunun nəticəsi ilə bağlı heç bir təxminim yox idi. Amma məşqlərimiz qələbə üzərində köklənmişdi. Əsas məsələ baş məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirmək idi. O, bizdən qələbə tələb edirdi. Biz də onun tapşırdıqlarını düzgün edib, qələbə qazandıq.

- Artıq "Slovan"a qarşı keçirəcəyiniz növbəti oyun hər şeyə aydınlıq gətirə bilər...
- Çexiyada qalib gəlib, pley-offa vəsiqəni təmin etmək istəyirik. Amma indidən bu haqda danışmaq tezdir. Növbəti oyunlarımız da çox çətin olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.