5 noyabr 2016 18:51

İnter Neftçiyə uduzdu, Kəpəz Sumqayıtla bərabərə qaldı

Bu gün Topaz Premyer Liqasında 11-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

Öncə “Kəpəz” doğma meydanda “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşmada qapılara qol vurulmayıb.

Günün digər oyununda isə “Neftçi” və “İnter” arasında paytaxt derbisi baş tutub. Cari mövsümün məğlubiyyət tanımayan iki klubundan biri olan "İnter" bu görüşdən xalsız ayrılıb. Son dövrlərin ən uğursuz komandası "Neftçi" bu oyunda sürpriz qələbəyə sevinib.

Topaz Premyer Liqası
11-ci tur

5 noyabr (şənbə)

“Kəpəz” - “Sumqayıt” - 0:0
Qırmızı vərəqə: K.Diniyev, 61.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov.
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov.
Gəncə şəhər stadionu.

“Kəpəz”: 88. Tadas Simaitis, 15. Azad Kərimov, 23. Tural Nərimanov, 21. Novruz Məmmədov, 13. Şəhriyar Rəhimov (k), 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 19. Orxan Əliyev, 77. Serjinyo, 9. Tural Qürbətov, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 80. Tural Rzayev, 17. Nicat Qurbanov, 16. Emin Zamanov, 75. Yusif Cəfərov, 99. Əli Səmədov, 14. Fərid Məmmədov.
Baş məşqçi: Şahin Diniyev.
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 66. Afşin İsmailzadə, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 11. İbrahim Abednejad, 74. Yusif Nəbiyev, 42. Kamran Abdullazadə.
Baş məşqçi: Samir Abasov.

“Neftçi” - “İnter” - 2:1 (0:0)
Qollar: J.Pessalli, 53 (1:0). A.Abdullayev, 61-pen. (2:0). Z.Xizanişvili, 90 (2:1).
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elman Musayev, Nahid Əliyev.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov.
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 33. Boban Baykoviç, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev (k), 10. Cavid İmamverdiyev, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 22. Mahir Şükürov, 26. Kamal Qurbanov, 80. Edson Kastilyo, 90. Jonas Pessalli, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 27. Məqsəd İsayev, 19. Fəhmin Muradbəyli, 88. Orxan Qurbanlı, 23. Tərzin Cahangirov, 42. Elvin Sərkərov, 49. İbrahim Əliyev.
Baş məşqçi: Elxan Abdullayev.
“İnter”: 1. Səlahət Ağayev, 22.  İlkin Qırtımov, 14. Zurab Xizanişvili, 3. Denis Silva, 33. Tərlan Quliyev, 24. Fuad Bayramov, 4. Slavik Alxasov, 15. Ruslan Abışov, 55. Ağabala Ramazanov, 8. Nizami Hacıyev (k), 9. Pərdis Fərcad-Azad.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 27. Adrian Skarlatake, 2. Sərtan Taşqın, 98. Qara Qarayev, 19. Mirhüseyn Seyidov, 10. Elnur Abdullayev, 7. Mirsahib Abbasov.
Baş məşqçi: Zaur Svanadze.

Turun digər oyunları: 6 noyabr (AZAL - “Qəbələ”, “Zirə” - “Qarabağ”).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.