5 noyabr 2016 00:15
Tsavellas: Qarabağa qarşı yaxşı oynadığımı deyə bilmərəm
Yunanıstanın PAOK klubunun yarımmüdafiəçisi Giorgos Tsavellas Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (0:1) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 0:1 hesablı yenilgi ilə bağlı bunları söyləyib:
"Yaxşı oynadığımızı deyə bilmərəm. O qədər də yaxşı çıxış etmədik. Belə davam etmək olmaz. Bunu öz aramızda müzakirə etməliyik. "Qarabağ" isə vahid komanda kimi mübarizə apardı, yaxşı oynadı. Artıq qrupdan çıxmaq şansımızı saxlamaq üçün İtaliyada "Fiorentina"ya qarşı oyunda uğurlu nəticə qazanmaqdan başqa yolumuz yoxdur".
