5 noyabr 2016 00:05
Xristov: Qarabağ PAOK-a qarşı doğru taktika ilə mübarizə apardı
"Qarabağ"ın sabiq məşqçisi Borçe Xristov Ağdam klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-u üzərində qazandığı səfər qələbəsini (1:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ı qələbə münasibətilə təbrik edirəm. Ağdam klubu bu oyunu sonadək ehtiyatlı və düzgün taktika ilə keçirdi. Düzdür, yunanlar topa daha çox nəzarət edirdilər. Amma "Qarabağ" əks-hücumlarda çox təhlükəli idi. Komandanın çox doğru oyun fəlsəfəsi var. Bu da istənilən rəqibə qarşı uğurlu çıxış etməyə imkan yaradır. Qurban Qurbanov artıq 7 ildir bu komandadadır və bu, "Qarabağ" üçün böyük üstünlükdür. Əminəm ki, Ağdam klubu Çexiya "Slovan"ına qarşı da belə oynayacaq və uğurlu nəticə əldə edəcək".
