4 noyabr 2016 18:30
İbrahim Şehiç: Layiqli qələbə qazandıq
"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-u üzərində qazandıqları səfər qələbəsini şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesablı qələbədən sonra bunları söyləyib:
"Rəqibi yaxşı analiz etmişdik. Bütün bacarığımızı nümayiş etdirməyə çalışdıq. Meydanda hər şeyi düzgün etdik və layiqli qələbə qazandıq. Mənə gəlincə, topu ona görə meydana gec daxil edirdim ki, tempi aşağı salım. Çünki rəqib çox fəal pressinq tətbiq edirdi".
