4 noyabr 2016 17:00
AƏFM layihəsi Yevlaxda
“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Yevlax şəhərində keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Yevlax rayon Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev, Yevlax şəhər Bələdiyyəsinin üzvü Teymur İsgəndərov, Yevlax rayon Uşaq və Gənclər İdman Məktəbinin direktoru Tofiq İsgəndərov, məşqçi və təlimatçılar iştirak ediblər.
