4 noyabr 2016 15:30
Xose Kanyas: Qarabağla matçın ikinci hissəsində nə baş verdiyini anlamıram
Yunanıstanın PAOK klubunun yarımmüdafiəçisi Xose Kanyas Avropa Liqasının 4-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Təəssüf ki, məğlub olduq. Xüsusi danışılası nəsə yoxdur. Birinci hissəni yaxşı keçirdik. Amma ələ düşən şansları qaçırdıq. Halbuki, oyuna nəzarət bizim əlimizdə idi, rəqibə xüsusi bir şans yaratmırdıq. İkinci hissədə nə baş verdiyini anlamıram. Yenə də matça nəzarət bizim əlimizdə olduğu halda, qapımızda qol gördük. Məğlub olsaq da, mübarizəmizi davam etdirəcəyik".
