4 noyabr 2016 14:30
Rəşad Sadıqov Avroliqanın 4-cü turunun rəmzi yığmasında!
UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun simvolik yığmasını açıqlayıb. Azerisport.az xəbər verir ki, siyahıda "Qarabağ"ın kapitanı Rəşad Sadıqov da yer alıb.
Qeyd edək ki, ötən gün səfərdə Yunanıstan PAOK-u ilə qarşılaşmada qazanılan 1:0 hesablı qələbədə Sadıqov da xüsusi pay sahiblərindəndir.
Xatırladaq ki, "Qarabağ"ın futbolçusu Avroliqada turun rəmzi yığmasında ikinci dəfədir yer alır. İlk dəfə buna ötən mövsüm Riçard Almeyda nail olmuşdu.
