4 noyabr 2016 14:00
Juninyo Kəpəzə qayıtmaq istəyir
"Kəpəz"in məşqçilər korpusu heyətlə bağlı bəzi dəyişiklərə əl atmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, baş məşqçi Şahin Diniyev bəzi futbolçulardan imtina etməyə qərar verib.
Söhbət Vüqar Bəybalayevlə Nicat Qurbanovdan gedir. Onlar qış fasiləsi zamanı komandanı tərk edəcəklər.
Əvəzində braziliyalı yarımmüdafiəçi Juninyonun Gəncə klubunun düşərgəsinə qayıtması gözlənilir. Futbolçunun özünün belə bir istəyi var. Tərəflərin bununla bağlı razılığa gəlib-gəlməyəcəyi isə dəqiq bilinmir.
