4 noyabr 2016 12:00
Qarabağ üçün 4 nümunə
Avropa Liqasının qrup mərhələsinin dördüncü turu bəzi komandaların pley-offa vəsiqəni vaxtından əvvəl təmin etməsi ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, Hollandiyanın "Ayaks", Rusiyanın "Zenit", Almaniyanın "Şalke" və Ukraynanın "Şaxtyor" klubları öz qruplarında rəqibləri üçün artıq əlçatmaza çevrilib və növbəti mərhələyə vəsiqəni sona iki tur qalmış təmin edib.
Qeyd edək ki, J qrupunda mübarizə aparan Azərbaycan çempionu "Qarabağ" da ikinci pillədə qərarlaşıb və pley-offa vəsiqə qazanmaq üçün çox yaxşı şans əldə edib.
Azərbaycanın bu turnirdəki digər təmsilçisi "Qəbələ" isə C qrupunda ardıcıl dörd məğlubiyyətdən sonra mərhələ adlamaq şansını itirib.
