4 noyabr 2016 11:30
Qarabağ Azərbaycanın xal ehtiyatını zənginləşdirdi
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-u üzərində qazandığı səfər qələbəsi (1:0) Azərbaycanın UEFA klub reytinqindəki xal ehtiyatını zənginləşdirib. Azerisport.az xəbər verir ki, hazırda 17,750 reytinq xalına malik olan ölkəmiz 25-ci pillədə qərarlaşıb.
Bizdən irəlidə 18,125 xala malik İsrail gedir.
