4 noyabr 2016 02:55

Qurban Qurbanov: Bundan sonra bizə daha da çətin olacaq

Avropa Liqasının qrup mərhələsində səfərdə PAOK-u məğlub edən (1:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, Qurbanov oyunla bağlı bunları deyib:

- Hamını təbrik edirəm. Çox ağır oyunda qələbə qazandıq. Hər şey düşündüyümüz kimi alındı. Futbolçularıma təşəkkür edirəm ki, belə vəziyyətdə özlərində oldular. Fikrimcə, çox yaxşı komandaya qalib gəldik və şanslarımızı artırdıq. Rəqib çox yaxşı komandadı. Onlara gələn oyunlarda uğurlar arzulayıram.

- Miçeli meydana buraxdız və qələbə gətirən qolu vurdu. Onu meydana buraxmaq səbəbi nə idi - o an nə düşünürdüz - istərdik ətraflı təsvir edəsiniz...
- Bəzən əvəzetmələr uğurlu alınır. Rahid bu gün çox iş gördü. Oyunun əvvəlində rəqib komandanın sağ cinahı çox güclü hücumlar qururdu. Həmin cinahda Maksim, Rahid və Qara çox böyük iş gördülər. Bir-birini tamamladılar. Düşündüm ki, top daha çox özümüzdə saxlamalıyıq. Topla çevik davranan birinə ehtiyac vardı. Miçel çox təcrübəli oyunçudu. Bu gün də öz üzərinə düşən vəzifəni yerinə yetirdi. Qol vurmasaydı da onun oyunundan razı qalacaqdım. Ümumiyyətlə, hamının oyunundan razı qaldım. Komanda çox soyuqqanlı idi.

- Növbəti mərhələyə keçmək şansını necə dəyərləndirirsiz?
- Hər uğurlu oyundan sonra məsuliyyət bir az da artır. Bu qələbə həm də, işimizi bir az da çətinləşdirdi. Ancaq şansımız var. Lakin məncə, PAOK-un hələ də, mərhələ keçmək şansı var. Mübarizə son turadək gedəcək.

- Rəqibi yaxşı öyrənmişdiz. PAOK-la oyunda sizı çətinlik yaradan əsas məqam nə oldu?
- Çətinlik həm evdə, həm də burdakı oyunda oldu. Xüsusilə, rəqibin hücum xətti çox yaxşı idi. Topa yaxşı davranırdılar. Bisesvar bir epizodda müdafiəçimizi keçəndə çox böyük təhlükə yaşadıq. Ancaq yaxşı ki, həmin epizodda hücumu zərərsizləşdirə bildik. Bir də, rəqib standart vəziyyətlərdə, xüsusilə, küncdən zərbələr zamanı çox böyük təhlükə yaradırdı. Hər iki oyunda böyük çətinlik çəkdik.

- “Qarabağ” sanki “Viktoriya” ilə oyundan sonra çox dəyişib...
- Uğur əldə etmək üçün dəyişiklik mütləq olmalıdı. Həmin oyundan razı qalmışdım. Son dəqiqələrdə buraxılan qolla ÇL-dən kənarda qaldıq. Mövsümün əvvəli idi. Buna görə, tam hazır deyildik. Ancaq bundan sonra hazırkı formanı qoruyub saxlamalıyıq. Çünki bundan sonra bizə daha da çətin olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.