4 noyabr 2016 01:25
Kristof Qaltye: Qəbələ heç də zəif deyildi
Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Vacib qələbə qazandıq. Bu, növbəti oyunlarda da bizə kömək edəcək. İlk hissədə təşəbbüs bizdə idi. Fasilədən sonra isə rəqib oyuna nəzarəti ələ aldı. Onlar heç də zəif deyildilər".
Qaltye iki il öncə qarşılaşdıqları digər Azərbaycan klubu "Qarabağ"la "Qəbələ"ni müqayisə etməkdən boyun qaçıraraq mətbuat konfransını yarıda tərk edib.
