4 noyabr 2016 00:20
Vitali Vernidub: Roman Qriqorçukun texniki zonadan qovulması oyunumuza təsir etmədi
"Qəbələ"nin müdafiəçisi Vitali Vernidub Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransanın "Sent-Etyen" klubuna qarşı oyundan (1:2) sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məğlubiyyətə görə hamımız çox məyusuq. Amma çox yaxşı təcrübə qazandıq. Öz səhvlərimiz ucbatından uduzduq. Qapıçının ilk qoldakı səhvinə gəlincə, Dmitri Bezotosnı təcrübəli qolkiperdir. Hamımız ona dəstək olduq. Roman Qriqorçukun texniki zonadan qovulması bizə təsir etmədi. O, öz ideyalarını köməkçiləri vasitəsilə bizə çatdırırdı. Qarşıda daha iki oyunumuz var. Həmin oyunlarda uğurlu çıxış etməyə çalışacağıq".
