3 noyabr 2016 23:40
PAOK - Qarabağ matçında Ermənistan bayrağı
Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” səfərdə PAOK-la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, “Tumba” stadionunda keçiriləcək və saat 00:05-də start götürəcək oyunu izləməyə gələn azarkeşlər artıq arenada öz yerlərini tutmağa başlayıblar.
Saloniki təmsilçisini dəstəkləməyə gələn azarkeşlərdən biri isə oyuna Ermənistan bayrağı gətirib. Lakin stadion işçilərinin müdaxiləsindən sonra düşmən ölkənin bayrağı yığışdırılıb.
