3 noyabr 2016 22:00
Nelson Bonilya: Yenidən Azərbaycana qayıtmaq istərdim
"Zirə"nin sabiq hücumçusu Nelson Bonilya bəyan edib ki, yenidən Azərbaycana qayıtmağın əleyhinə deyil. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Portuqaliya çempionatında işlərim yaxşı getmir. Xüsusi problem yoxdur. Sadəcə, burada oynamağa şans vermirlər. Burada alınmasa, yenidən Azərbaycana qayıtmağa dəyər. Yenidən "Zirə"də oynamaq istərdim. Amma bu, çətin olar. Çünki "Nasional"la müqaviləm var. "Zirə" məni istəsə, portuqaliyalılar pul tələb edəcəklər. Azərbaycanlı qapıçı Kamran Ağayevin Portuqaliyada oynadığını bilirəm Onun məni tanıyıb-tanımadığını bilmirəm. 15-ci turda klubumuz "Boavişta" ilə qarşılaşacaq. Onda Kamranla görüşəcəyəm. Onun yeni klubunda uğurlu çıxış etdiyini bilirəm. Uğurlar arzulayıram".
