3 noyabr 2016 20:00
Tale Heydərov Sent-Etyenin prezidenti ilə görüşdü
Bu gün "Qəbələ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Fransanın "Sent-Etyen" klubu ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, qarşılaşma öncəsi iki klubun prezidenti - Tale Heydərov və Rolan Romeyer arasında görüş baş tutub.
Birgə nahar edən prezidentlər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.
