3 noyabr 2016 18:20

Dabo: Azərbaycanda Liqa 1 səviyyəsində 3-4 klub var

"Qəbələ"nin fransalı hücumçusu Baqali Dabo ölkəsinin mətbuatına yeni müsahibə verib. Azerisport.az xəbər verir ki, o, klubundakı vəziyyətdən, Qəbələdəki həyatından, çempionatımızın səviyyəsindən və başqa məsələlərdən danışıb:

- Azərbaycana uyğunlaşa bilmisiniz?
- Uyğunlaşma dövrü kifayət qədər yaxşı keçdi. İlk oyunumu demək olar ki, komandaya gələn kimi keçirdim. Hətta mövsümün ilk oyunundaca start heyətdə meydana çıxmağıma bir qədər təəccübləndim. Çünki istirahətdən yenicə qayıtmışdım, cəmi iki məşqə çıxmışdım. Bunun digər futbolçular tərəfindən pis qarşılanacağını düşünürdüm. Amma hər şey əksinə oldu. Məni əla qarşıladılar, çox yaxşı qəbul etdilər.

- İnfrastruktur necədir?
- "Qəbələ"nin doğrudan da əla şəraiti var. Bu baxımdan şikayətim yoxdur, Liqa 1 və Liqa 2 klublarına həsəd aparmağa ehtiyac yoxdur. Düzünü deyim ki, buradakı infrastruktur ən yaxşıdır. Yeganə çatışmazlıq ondan ibarətdir ki, biz avrokubokdakı ev oyunlarımızı Qəbələdəki stadionumuzda yox, Bakıda keçirməli oluruq.

- Qəbələdəki matçlarda atmosfer necə olur?
- Oyunlarımız bayram ab-havasında keçir. Stadiona toplaşanlar həmişə komandamıza dəstək olurlar. Oyunlarımız Qəbələdə keçiriləndə demək olar ki, hamı stadiona gəlir. Avrokubok oyunlarımız da Qəbələdə olsaydı, düşünürəm ki, rəqiblərimizə daha yaxşı müqavimət göstərə bilərdik. Amma paytaxtda da əla atmosfer olur.

- Bəs komandadakı atmosfer?
- Komandada da hər şey yaxşıdır. Məşq edirik, ünsiyyətdə oluruq. Heç bir qruplaşma yoxdur. Hamı bir-biri ilə yaxşı münasibətdədir. Komandada əcnəbilər çoxdur, bu da ünsiyyət qurmağımızı asanlaşdırır.

- Futbolçuların Qəbələdəki həyatı necədir?
- Orada xüsusi məşğul olacağımız heç nə yoxdur. Amma mən darıxmıram. Çünki kompyuter və Playstation - mənim kiçik yaşama komplektim yanımda olur. Paytaxtda isə hər şey fərqli olur. Bakıda məşğul olacağın işlər çoxdur. Məsələn, şəhəri gəzə, mağazalara, restoranlara gedə bilirsən.

- Azərbaycan futbolunun səviyyəsi necədir?
- Burada Liqa 1 səviyyəsində 3-4 klub var. Qalanı Liqa 2 və Fransa milli liqası (üçüncü liqa) səviyyəsindədir.

- Zədə alana qədər vurduğunuz 7 qolla xaricdə ən çox qol vuran fransalı hücumçu idiniz...
- Etiraf edim ki, bu, mənim üçün də çox xoşdur. Həm də ona görə ki, mən hücumçu yox, yarımmüdafiəçiyəm. İndi məndən daha çox danışırlar. Əlbəttə, bu, mənə əlavə stimul, güc verir.

- "Qəbələ"də uzun müddət oynamağı planlaşdırırsız?
- Müqaviləmin müddəti iki illikdir. Amma futbolda hər şey ola bilər. Məsələn, "Kretey"lə də müqaviləmin müddəti gələn il başa çatmalı idi, amma indi "Qəbələ"dəyəm. Təklif olsa, baxmaq olar. Bəlkə də klub özü məni satmaqda maraqlı olacaq. Ona görə də indi heç nə deyə bilmərəm.

- Fransaya qayıtmağı düşünmürsünüz?
- Xeyr (gülür). Hazırda özümü Fransada görmürəm. Orada qalsaydım, bəlkə də heç vaxt Avropa Liqasında çıxış etməyəcəkdim.

- Azərbaycandakı karyeranızda ən yaddaqalan məqam hansı olub?
- Avroliqanın təsnifat mərhələsi çərçivəsində Mariborda keçirdiyimiz cavab oyunu. Biz evdə 3:1 hesabıyla qalib gəlmişdik. Rəqibə bizi keçmək üçün 2:0 da bəs edirdi. Həmin oyunda qol buraxdıq, daha sonra azlıqda qaldıq. Matçın sonuna isə 20 dəqiqə qalırdı. Etiraf edim ki, həmin müddət karyeramın ən uzun 20 dəqiqəsi oldu (gülür). Final fitindən sonra ilk dəfə anladım ki, yorulmuşam. Emosiyalar isə ən üst həddə idi. Həmin anda bizim kollektivi görmək lazım idi. Bu, ən gözəl xatirələrimdən biridir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.