3 noyabr 2016 17:30
Samir Musayev: PAOK-un tək üstünlüyü azarkeşləridir
"Qarabağ"ın sabiq hücumçusu Samir Musayev keçmiş komandasının Yunanıstan PAOK-una qarşı bu gün keçirəcəyi Avroliqa matçı öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyunun necə bitməsindən asılı olmayaraq, "Qarabağ" son tura kimi qrupdan çıxmaq şansına malik olacaq. Bakıdakı qələbədən sonra komanda Salonikidə də uğurlu nəticəyə ümid edə bilər. Bunun üçün isə həm psixoloji, həm də fiziki cəhətdən hazır olmaq vacibdir. Fikrimcə, PAOK-un bu oyunda yeganə üstünlüyü azarkeşləridir. "Qarabağ" bu təzyiqə davam gətirə bilsə, üç xalla qayıda bilər".
