3 noyabr 2016 16:30
Qarabağla matçın vaxtı PAOK azarkeşlərinin planlarını pozub
Yunanıstanın PAOK klubunun nümayəndələri Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyunda anşlaq gözləmirlər. Azerisport.az xəbər verir ki, onlar bu oyunda maksimum 20 000 azarkeş olacağına ümidlidirlər.
Matçın keçiriləcəyi "Tumba" stadionu isə 28 703 azarkeş tutumuna malikdir. Azarkeşlərin bütün biletləri almamasına səbəb isə qarşılaşmanın gec saatlara təyin olunmasıdır. Məsələ burasındadır ki, PAOK azarkeşlərinin əksəriyyəti Salonikinin şəhərətrafı qəsəbələrində yaşayır. Onlar üçün isə gec saatlarda oyuna gəlib qayıtmaq o qədər də əlverişli deyil. Özü də sabah iş günü olması PAOK fanatlarının qərarına böyük təsir göstərib.
