3 noyabr 2016 15:15
Vüqar Nadirov: PAOK-a qalib gəlməyi azarkeşlərimiz kimi, biz də çox istəyirik
"Qarabağ"ın hücumçusu Vüqar Nadirov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-una qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"PAOK-un doğma meydanda daha güclü oynadığını bilirik. Bu komandanın əla azarkeşləri də var. Matça ciddi hazırlaşmışıq. Yunanıstana uğurlu nəticə üçün gəlmişik. Azarkeşlərimizin bizdən qələbə gözlədiyini bilirik. Bunu biz özümüz də istəyirik. Ümid edirəm ki, hədəfimizə çatacağıq".
