3 noyabr 2016 14:45

Maykl O`Nil: Azərbaycan əks-hücumlarda San Marinodan daha təhlükəlidir

Futbol üzrə Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi açıqlama verib. Azerisport.az xəbər verir ki, o, Britaniya mətbuatına müsahibəsində öncə bunları söyləyib:

"Bizi futbola çox böyük sərmayə yatıran bir ölkənin komandası ilə oyun gözləyir. Bakının AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlərdən biri seçilməsi də dediklərimə sübutdur. Bu ölkədə yerli klublar inkişafdadır. Artıq onlar Çempionlar Liqasının qrup mərhələsinə kimi irəliləyə bilirlər. Avropa Liqasında isə son illərdə mütəmadi qrup mərhələsinə vəsiqə qazanırlar. Bu mövsüm də Avroliqanın qrup mərhələsində iki klubla təmsil olunurlar".

"Yığma komandaya ölkə xaricindən məşqçi gətirirlər. Son dövrlərə kimi onların komandasını almaniyalı Berti Foqts çalışdırırdı. İndi isə yığmanın sükanı arxasında Robert Prosineçki yer alır. Çox iddialıdırlar, daha da irəli getmək istəyirlər. Buna görə də qalib gəlmək üçün biz ən yaxşı oyunumuzu göstərməliyik. Çünki gələn həftə qazanılacaq qələbə bizə çox kömək edəcək".

O, mümkün uğursuzluq haqda da danışıb: "Bizim öz hədəfimiz var. Seçmə mərhələnin qalan hissəsində daha uğurlu çıxış etməyimiz üçün bizə ciddi impuls lazımdır. Məhz bu üzdən qarşıdakı oyunda qələbə qazanmağımız vacibdir. Amma Azərbaycanla oyun həlledici xarakter daşımır. Hər şey istədiyimiz kimi alınmasa da belə, ruhdan düşməməli, dayanmamalıyıq".

Rəqib baş məşqçi millimizə yuxarıdan aşağı baxmamağın vacibliyindən də söz açıb: "Rəqibin bizə problem yaradacağı dəqiqdir. Ən azından Çexiya və Norveçin bu komanda ilə oyunda necə xal itirdiyini görmüşük. Hansı ki, çexlərlə norveçlilərin qrup ikinciliyi uğrunda əsas rəqibimiz olacağından danışırdıq. Amma indi elə bir vəziyyət yaranıb ki, onların hər ikisi bizdən geri qalır. Yəqin ki, Azərbaycan yığması qrupda ikinci pillədəki mövqeyini qorumağa çalışacaq. Bu üzdən də bizi çox ciddi sınaq gözləyir".

O`Nil millimizin oyunundan da danışıb: "Azərbaycan həddən artıq müdafiə olunur. Bu, həm ev, həm də səfər oyunlarına aiddir. Amma onlar San Marino ilə müqayisədə əks-hücumlarda daha təhlükəlidirlər. Rəqibin müdafiə xəttinin güclü olduğunu onların əvvəlki oyunlarda qol buraxmaması da sübut edir. Bu üzdən də gərgin və sərt keçəcək qarşıdakı oyunda səbrli olmalıyıq".

(Belfast Telegraph)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.