3 noyabr 2016 12:20
Qarabağ Salonikidə dəstəksiz qalmayacaq
"Qarabağ" Avropa Liqasının 4-cü turu çərçivəsində qarşılaşacağı PAOK-la səfər oyununda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubunu bu oyunda təxminən 50 azarkeş dəstəkləyəcək.
Onların arasında həm Yunanıstanda, həm də Avropanın digər ölkələrində yaşayan həmyerlilərimiz var. "Qarabağ"a dəstək vermək üçün Azərbaycandan da bir qrup azarkeş öz hesablarına Yunanıstana yollanıblar.
