3 noyabr 2016 10:30
Elmar Baxşiyev: Qəbələnin Sent-Etyeni məğlub etməsi lazımdır
"Qəbələ"nin sabiq yarımmüdafiəçisi Elmar Baxşiyev keçmiş komandasının Avropa Liqasının qrup mərhələsindəki çıxışı və şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"ni bu gün "Sent-Etyen"lə maraqlı oyun gözləyir. Qələbə qazansalar, uğurlu çıxış etmək üçün bir şans əldə etmiş olacaqlar. Zədəli futbolçular da sıraya dönüblər və komandaya kömək edə biləcəklər. Bu, "Qəbələ"nin pley-offa çıxmaq baxımından son şansıdır. Komandaya uğurlar arzulayıram və ümid edirəm ki, qrupdakı mübarizədən sonadək qopmayacaqlar. Futbolda hər şey mümkündür. "Sent-Etyen"i məğlub etmək lazımdır. Bundan sonra daha bir ev oyunumuz da qalacaq".
