Qarabağ PAOK-a səfərdə də qalib gəldi
Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxıb.
Qurban Qurbanovun çalışdırdığı komandamız səfərdə Yunanıstanın PAOK klubu ilə qarşılaşıb. Bakıda baş tutan oyunda bu rəqibinə 2:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi səfərdən də uğurlu nəticə ilə qayıtmaqla qrupdan çıxmaq şansını artırmağı hədəfləmişdi. Qarşılaşmada hesabı məhz Azərbaycan klubu açıb. Minimal hesablı üstünlüyünü sonadək qorumağı bacaran "Qarabağ" daha bir tarix yazaraq, səfərdən qələbə ilə qayıtmağa nail olub.
Qrupun digər oyununda İtaliyanın "Fiorentina" klubu doğma meydanda Çexiya "Slovan"ını qəbul edib və inamlı qələbəyə sevinib.
Avropa Liqası
J qrupu
3 noyabr
PAOK - “Qarabağ” - 0:1 (0:0)
Qol: M.Madera, 69 (0:1).
Sarı vərəqə: M.Medvedev, 4. S.Atanasiadis, 4. G.Tsavellas, 56. F.Pereyra, 82.
Baş hakim: Con Biton (Şotlandiya).
Saloniki. “Tumba” stadionu.
PAOK: 71. Panayotis Qlikos, 3. Leo Matos, 4. Marin Leovats, 16. Qoyko Çimirot (28. Yevgeni Şaxov, 81), 21. Dieqo Bisesvar (7. Mame Baba Tiam, 73), 24. Harri Rodriqes, 27. Yannis Mistakidis (14. Fakundo Pereyra, 61), 31. Giorgos Tsavellas, 33. Stefanos Atanasiadis (k), 43. Fernandu Varela, 87. Xose Kanyas.
Ehtiyat oyunçular: 23. Jelko Brkiç, 8. Xarilaos Xarisis, 13. Stelios Malezas, 70. Stelios Kitsiu.
Baş məşqçi: Vladimir İviç.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu (9. Reynaldo, 76), 10. Muarem Muarem (22. Əfran İsmayılov, 88), 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev (8. Migel Madera, 64), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Qurban Qurbanov.
"Fiorentina" - "Slovan" - 3:0 (2:0)
| 1 | Fiorentina | 4 | 3 | 1 | 0 | 11 | 2 | +9 | 10 |
| 2 | Qarabağ | 4 | 2 | 1 | 1 | 6 | 7 | –1 | 7 |
| 3 | PAOK | 4 | 1 | 1 | 2 | 2 | 4 | –2 | 4 |
| 4 | Slovan | 4 | 0 | 1 | 3 | 4 | 10 | –6 | 1 |
