3 noyabr 2016 00:20
Qarabağ Yunanıstanda son məşqə çıxdı
"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Yunanıstanın PAOK klubu ilə qaşılaşacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubu matçın keçiriləcəyi "Tumba" arenasında oyunöncəsi son məşqinə çıxıb.
Qurban Qurbanov ilk 15 dəqiqəsi jurnalitslər üçün açıq olan hissədə əvvəlcə yetirmələrini bir yerə toplayaraq tapşırıqlarını verib. Sonra yüngülvari qaçışla kifayətlənən qonaqlar, məşqin davamında müəyyən isinə hərəkətləri, fiziki təmrinlər yerinə yetiriblər. Zədə problemi olan Rəşad Sadıqov, Reynaldo və Miçel də məşq iştirak edib və sabah PAOK-a qarşı oynamaq ehtimalları var.


