2 noyabr 2016 23:50
Aqolli: Bizə belə atmosferdə oynamaq xoşdur
Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah səfərdə PAOK-la qarşılaşacaq “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Sabah bizi çətin oyun gözləyir. Bakıda qələbə qazana bildik. Amma rəqibimiz güclü komandadır. Cavab oyununda rəqib azarkeş dəstəyindən yaxşı yararlanmağa çalışacaq. Stadionda çox güclü atmosfer olacaq. Amma bizə belə atmosferdə oynamaq xoşdur".
