2 noyabr 2016 21:30

Qurban Qurbanov: Sabah əsas məqsədimiz uduzmamaqdı

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah PAOK-un qonağı olacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, Qurbanov ilk öncə oyunla bağlı fikirlərini bildirib:

- Sabah bizi ağır oyun gözləyir. Futbolçular da istəyir ki, bu oyundan yaxşı nəticəylə ayrılsın. Rəqib məşqçinin fikirləri ilə tanışam. O, bu oyunun onlar üçün vacib olduğunu deyir. Onları başa düşürük. Ancaq qarşıda 2 oyun daha var. Sabah yaxşı mübarizə aparmalıyıq. Futbolçularımız xarakter nümayiş etdirməlidilər. Qalib gəlmək istəyirik. Ancaq oyunun gedişində hər şey ola bilər. Məğlub olacağımız halda belə, qarşıdakı iki oyunda 6 xal toplayıb mərhələ adlaya bilərik. Ancaq sabahkı oyunda qarşımıza əsas məqsəd kimi uduzmamağı qoymuşuq.

- Sabahkı oyunda meydanda fərqli PAOK gözləyirsiz?
- PAOK ev oyunlarında tam fərqli, daha aqressiv oynayır. Rəqib nə qədər təzyiq etsə də, müdafiədə diqqətli oynamalıyıq. Hücumda da dəqiq oynamalıyıq. Bu komandanın oyunçuları topla yaxşı davranır. Ancaq buna baxmayaraq, hücumlarımızı davam etdirməliyik. Oyunun əvvəlindəki təzyiqdən tezliklə yaxa qurtarmağa çalışacağıq.

- Növbəti mərhələyə kimin keçəcəyini düşünürsüz - PAOK, yoxsa “Qarabağ”?
- Özümüzün keçməsini istəyirəm, ancaq necə olacaq bilmirəm (gülür).

- Rəşad Sadıqov, Reynaldo və Miçel sabah meydana çıxacaq?
- Hələ dəqiq bilinir. Ola bilsin, sabah bu üç futbolçudan hansısa meydana çıxsın.

- “Qarabağ” sabah ilk oyundakı kimi hücum futbolu sərgiləyəcək, yoxsa əks-hücum taktikasına üstünlük verəcək?
- Futbolda hər bir nəticəyə hazır olmalısan. Həmişə meydan sahibləri daha inamlı, hücumameyilli oyun sərgiləyir. Sabah müdafiə olunmaq lazımdısa, müdafiə olumalıyıq, hücum etmək lazımdısa, hücum etməliyik. Bu, oyunun gedişindən asılıdı. Sabah bütün oyunu müdafiə olunmaq istəməzdim. Məncə, sabah meydanda həm hücum görəcəyik, həm müdafiə, həm də əks-hücum.

- PAOK çılğın azarkeşlərə malikdi. Ancaq “Qarabağ” bu cür komandalarla dəfələrlə qarşılaşıb. Əminliklə deyə bilərik ki, bu amil sabah komandaya mənfi mənada təsir etməyəcək?
- Futbolçu çoxlu azarkeş qarşısında oynamaqdan həzz almalıdı. Sabah bizim azarkeşlər də burda olacaq. Düzdü, onların sayı rəqibdən az olacaq, ancaq bu, bizə mənfi təsir etməyəcək. İstəyərdim ki, həmin azarkeşlər 90 dəqiqə komandanı qələbəyə səsləsin. Bakıda olduğu kimi. Sabah biz azarkeşləri yox, oyunu düşünəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.