Leo Matos: Qarabağ iki il əvvələ baxanda indi daha güclüdür
Yunanıstanın PAOK klubunun müdafiəçisi Leo Matos Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizim üçün çox vacib oyundur. Qrupdan çıxmaq istəyirik. Bu hədəfimizə yaxınlaşmaq üçün isə qalib gəlməyimiz lazımdır. Əks halda bizə çətin olacaq. "Qarabağ"a qarşı iki il əvvəl də oynamışdım. Onlar indi daha da güclü olublar. Amma biz rəqibdən nə gözlədiyimizi artıq bilirik. Ümid edirəm ki, sabah Bakıdakından daha yaxşı çıxış edəcəyik. Azərbaycanda yaxşı oynamadıq. Lakin kimin daha yaxşı olduğunu sabah görəcəyik. Sabah hücum etməli və rəqibə istədiyini etməyə imkan verməməliyik. Doğma meydanda oynamağımız "Qarabağ"a əlavə çətinlik yaradacaq".
