2 noyabr 2016 20:40
Jordan Veretu: Qəbələni Bakıda da məğlub etmək istəyirik
Fransanın "Sent-Etyen" klubunun yarımmüdafiəçisi Jordan Veretu Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qəbələ"yə qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, Bakıdakı mətbuat konfransında bunları söyləyib:
"Sabah ən vacib oyunlarımızdan birinə çıxacağıq. Qələbə qazanmaq istəyirik. Amma buna nail olmaq heç də asan olmur. Sabah da çətin olacaq. Komandamızın bu oyuna hazır olduğunu deyə bilərəm. "Qəbələ"ni zəif rəqib saymıram. Avroliqada belə komanda olmur. "Qəbələ" yaxşı klubdur. Onları qiymətləndirməmək olmaz. Fransada biz bu rəqibə qalib gəldik. İndi onu Bakıda da təkrarlamaq istəyirik".
