2 noyabr 2016 20:20

Kristof Qaltye: Bakını qələbə ilə tərk etmək istəyirik

Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qəbələ"yə qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, Bakıdakı mətbuat konfransında öncə bunları söyləyib:

- İki il öncə "Qarabağ"la oynayarkən də Bakıda olmuşduq. Həmin oyundan xeyli vaxt keçib. Həmin dövrlə müqayisədə komandam indi daha böyük təcrübəyə malikdir. Müəyyən irəliləyişlər var. Sabah da bu təcrübəmizdən yararlanmağa çalışacağıq. Amma futbolda hər şey mümkündür.

- Avroliqadakı çıxışınızı necə qiymətləndirərdiniz?
- Yaxşı matçlar keçirmşik. "Qəbələ" ilə əvvəlki oyunumuz da maraqlı alındı. Baxmayaraq ki, yeganə qol avtoqol nəticəsində vuruldu. Buna baxmayaraq, biz qələbəyə oynayırdıq.

- Əhvalınızın belə yaxşı olması nə ilə əlaqədardır?
- Bir neçə gün əvvələ kimi əhvalım yaxşı deyildi, amma indi yaxşıdır. Həm də bizi burada çox yaxşı qəbul etdilər. Buna görə hamınıza təşəkkürümü bildirirəm. "Qəbələ"yə qarşı ciddi hazırlaşmışıq. Çətin olacağını bilirik. Amma Bakını qələbə ilə tərk etmək istəyirik.

- "Qəbələ" bu avrokuboklar mövsümündə bütün ev oyunlarında qol vurub. Siz də eyni aqibəti yaşamaqdan qorxmursunuz?
- Biz buraya üç xal üçün gəlmişik. Amma yenə də futbolda hər şeyin baş verdiyini unutmaq lazım deyil. Mümkündür ki, "Qəbələ" qalib gəlsin. Çünki rəqibimiz güclü komandadır. Bu komandanı zəif rəqib saymaq olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.