2 noyabr 2016 19:10
Filip Ozobiç: Sent-Etyenə qalib gəlməyə çalışacağıq
cAzerisport.az xəbər verir ki, o,bunları söyləyib:
"Sabah bizi ağır matç gözlədiyini anlayırıq. Hər birimiz ən yaxşı oyunumuzu sərgiləməyə çalışmalıyıq. Yalnız bu halda nəyəsə nail ola bilərik. İlk oyunda "Sent-Etyen"in necə güclü olduğunu hamı gördü. Amma biz də hər oyunda qələbəyə çalışırıq. Sabah da belə olacaq. Bir neçə oyunçunun yoxluğu bizim üçün ciddi itkidir. Sıraya dönənlər də var ki, buna sevinirəm. Özümə gəlincə, Fransa Liqa 1-də və digər çempionatlarda oynamağa qadir olduğumu düşünürəm".
