2 noyabr 2016 17:30
Rauf Əliyev: Yenicə forma yığdığımvaxtda zədə almağım üzücüdür
Azərbaycan yığmasının və "İnter"in hücumçusu Rauf Əliyev yenidən zədələnməsi ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zədə almaq üzücüdür. 2-3 həftə oynaya bilməyəcəm. "Neftçi" ilə oyunu, eləcə də Şimali İrlandiya ilə oyunu buraxacağam. Yenicə forma yığmağa başladığım bir dövrdə zədə almağım məni çox məyus edir. Bu, çox pisdir. Amma yeganə çıxış yolum yenidən meydana qayıdacağım günü səbrsizliklə gözləməkdir".
