2 noyabr 2016 16:50
Artim Şakiri: Qarabağ PAOK-a səfərdə də qalib gələ bilər
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Artim Şakiri Ağdam klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-una qarşı oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" yunanları Bakıda məğlub edib. Niyə də eyni uğuru yenidən təkrarlamasın? PAOK-a Salonikidə də qalib gəlmək olar. Baxmayaraq ki, buna nail olmaq çox çətin olacaq. Son saniyəyə kimi vuruşmaq lazımdır. "Qarabağ" Yunanıstanda da qələbə qazansaq, pley-offa vəsiqənin taleyinə böyük ölçüdə aydınlıq gətirəcək. Fikrimcə, bu, heç də sürpriz olmayacaq. "Qarabağ" neçə ildir avrokuboklarda oynayır, əla komandadır. Əla da nəticələrə imza atır".
