2 noyabr 2016 15:00
Dieqo Kosta: Qəbələ pley-offa yüksələ bilər
"Qəbələ"nin sabiq qapıçısı Dieqo Kosta bu komandanın Avropa Liqasının qrup mərhələsindəki çıxışını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"nin oyunlarını diqqətlə izləyirəm. Qrup mərhələsinə qədər inamlı çıxış edirdilər. Amma çox çətin qrupa düşüblər. Əvvəlki üç oyunda bəxtləri də gətirmədi. Çünki keçmiş komandam bu oyunların heç birində rəqibindən zəif çıxış etmədi. Sabah "Sent-Etyen"lə növbəti oyun olacaq. Rəqib güclüdür. "Qəbələ" Fransada yaxşı oynamıdı. Fikrimcə, doğma meydanda bu komandaya qalib gələ bilərlər. "Qəbələ" hətta qrupdakı vəziyyəti dəyişə, pley-offa da çıxa bilər".
