2 noyabr 2016 14:30
Sent-Etyen Qəbələyə qarşı başqa qapıçını oynadacaq
Sabah Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Qəbələ"nin qonağı olacaq Fransanın "Sent-Etyen" klubunun qapısını bu oyunda kimin qoruyacağı müzakirə obyektinə çevrilib. Azerisport.az xəbər verir ki, Fransa mətbuatı Bakıdakı qarşılaşmada Jessi Mulenin əsas heyətdə meydana çıxmayacağını iddia edir.
Fransızların iddiasına görə, ilk oyunda "Qəbələ"yə qarşı oynamış bu qapıçını baş məşqçi Kristof Qaltye 30 yaşlı Stefan Ruffye ilə əvəz edəcək.
Qeyd edək ki, "Qəbələ" - "Sent-Etyen" matçı sabah "Bakcell Arena"da keçiriləcək və saat 22:00-da start götürəcək.
