2 noyabr 2016 13:30
Samir Əliyev Neftçinin beş cəzalı legionerindən danışdı
"Neftçi"nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Samir Əliyev əsa heyətin beş üzvü - Krşevan Santini, Jayro, Vançe Şikov, Dario Melnyak və Denilsonun əvəzedici heyətə göndərilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ötən gün onlar əvəzedici komanda ilə məşqə çıxdılar. Bu gün ikinci məşqləri olacaq. Noyabrın 6-da əvəzedicilərin çempionatında "İnter"lə növbəti oyunumuz var. Onlardan kimin meydana çıxmasına baxacağıq. Bu barədə özləri ilə də danışmışam. Başa düşürlər ki, hər şey öz əllərindədir".
