2 noyabr 2016 12:20
PAOK Qarabağla oyun öncəsi hücumçusunu itirdi
Yunanıstan PAOK-u Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Calma Kampuş komandanın ötən gün baş tutan məşqindən zədə alıb.
Həkim müayinəsindən sonra futbolçunun Ağdam klubuna qarşı oynanamayacağı dəqiqləşib. Əvəzində Dimitris Pelkas zədədən qayıdıb və komanda ilə məşq edir.
Qeyd edək ki, PAOK - "Qarabağ" oyunu sabah keçiriləcək.
