2 noyabr 2016 11:40
Qarabağ Yunanıstanda belə qarşılandı
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstanda yerli PAOK-la qarşılaşacaq "Qarabağ" artıq Salonikidədir. Azerisport.az xəbər verir ki, Ağdam klubu bu ölkədə böyük coşqu ilə qarşılanıb.
Belə ki, Yunanıstanda yaşayan 20-yə yaxın həmyerlimiz Salonikidəki hava limanına gələrək komanda üzvlərini qarşılayıblar. Bu da futbolçular üçün gözlənilməz olub.
Qeyd edək ki, PAOK - "Qarabağ" matçı sabah "Tumba" stadionunda keçiriləcək və yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 00:05) start götürəcək.
