2 noyabr 2016 10:30
Əfran İsmayılov: PAOK-la səfər matçı ən çətin görüşümüz olacaq
"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-una qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"PAOK-la oyuna hazırlığımız davam edir. Fikrimcə, ən çətin oyunumuz məhz yunanlara qarşı olacaq. Bakıdakı oyunun nəticəsini səfərdə də təkrarlamağa çalışacağıq".
