2 noyabr 2016 00:30
Qarabağla Qəbələ birgə 6 330 868 avro qazandı
UEFA Avropa Liqasının 2015/16 mövsümündə qrup mərhələsində iştirak etmiş klubların gəlirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan həmin mövsümdə qrup mərhələsində iki klubla - "Qarabağ" və "Qəbələ" ilə təmsil olunurdu.
Ağdam klubu 3 308 303 avro qazanc əldə edib. Qəbələnin eyni adlı təmsilçisi isə 3 022 565 avro gəlir əldə edib.
