1 noyabr 2016 18:30
Maykl O`Nil: Azərbaycan ilə oyun ağır olacaq
Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Ağır oyun olacaq. Azərbaycan seçmə mərhələyə yaxşı start verib. Onların hesabında hazırda 7 xal var. Çox yaxşı təşkilatlanmış komandadır. Belə rəqiblərə qarşı oyunlarda dərhal hücuma atılmaq olmaz. Hər üç oyunlarına baxmışam. Bir daha təkrar edirəm ki, çətin oyun gözləyirik".
