1 noyabr 2016 14:50
Ceyhun Sultanov: İndiki vəziyyət bizi qane etmir, amma hər şey o dərəcədə pis də deyil
"Sumqayıt"ın meneceri Ceyhun Sultanov Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində Bakı "İnter"inə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamız bu görüşdə pis təsir bağışlamadı. Hesabda önə keçəndən sonra müdafiəyə çəkildik. Bizdə çox pis ənənə formalaşmağa başlayıb. Bunun üzərində çalışmaq lazımdır. Samir Abasov komandanı bu vəziyyətdən çıxarmağa çalışır. "Sumqayıt"da elə oyunçular var ki, qalib ruhu yoxdur. Amma komandanın potensialı 10 oyuna 9 xaldan daha artığını qazanmağımıza imkan verir. Əlbəttə, indiki vəziyyət bizi narahat edir. Amma hər şey o dərəcədə pis də deyil".
