Qəbələnin forvardı Messi və Cekodan öndə
"Qəbələ"nin hücumçusu Baqali Dabo Avropanın milli çempionatlarının ən effektli bombardirlərinin siyahısında liderdir. Azerisport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında 7 qolla bombardir olan fransalı futbolçu buna meydanda olduğu 452 dəqiqə ərzində nail olub.
Bir sözlə, Dabo orta hesabla hər 64 dəqiqəyə 1 qol vurur. O, bu göstərici ilə Lionel Messi, Edin Ceko, Edison Kavani kimi futbolçuları qabaqlayır:
1. Baqali Dabo ("Qəbələ", Azərbaycan) – orta hsabla 64 dəqiqəyə 1 qol
2. Klaudiu Keşeru ("Ludoqorets", Bolqarıstan) – 68 dəqiqə
3. Antoni Modest ("Köln", Almaniya) – 70 dəqiqə
4. Mussa Mareqa ("Vitoriya Gimaraynş", Portuqaliya) – 70 dəqiqə
5. Edison Kavani (PSJ, Fransa) – 77 dəqiqə
6. Lionel Messi ("Barselona", İspaniya) – 82 dəqiqə
7. Mett Derbişir ("Omoniya", Kipr) – 82 dəqiqə
8. Edin Ceko ("Roma", İtaliya) – 88 dəqiqə
9. Saba Lobjanidze ("Çixura", Gürcüstan) – 88 dəqiqə
10. Deni Alar ("Şturm", Avstriya) – 89 dəqiqə
11. Braun İdeye ("Olimpiakos", Yunanıstan) – 92 dəqiqə
12. Boyan Kalyeviç ("Baltsan", Malta) – 93 dəqiqə
13. Süleyman Krpiç ("Sloboda", Bosniya və Herseqovina) – 98 dəqiqə
14. Azdren Lulaku ("Qaz Metan", Rumıniya) – 103 dəqiqə
