1 noyabr 2016 12:30

Maşallah Əhmədov məhkəmədə dava saldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən, Bakıda mərmər satışı ilə məşğul olan şahid Müşfiq Əliyevbildirib ki, cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Yusif Əzizov bir nəfərin ona 70 min manat borcu olduğunu, əvəzində daş aldığını deyib və bunu satmağı tapşırıb:

"Mən də razılaşdım, daşları bizim anbara boşaltdıq. Ağ daş 30 manata, qara daş isə 43 manata idi. Biz də bu daşların satışı ilə məşğul olurduq. 3 gündən sonra Maşallah bizim anbara gəlib dedi ki, daşlar bizimdir. Mən də daşı aldığım Fəqan adlı şəxsə zəng vurdum, bunu soruşanda o, təkzib etdi. Sonradan Fəqan mənə dedi ki, Maşallahın Yusifə borcu var və o pulu alandan sonra həmin daşları apara bilərlər. Bir müddətdən sonra Maşallah bir neçə adamla daşların böyük hissəsini gəlib anbardan apardı. Ancaq qalan daşların bir hissəsini mən satdım, 200 manatını isə Maşallaha verdim. Mən orda bildim ki, Maşallahın Yusifə borcu var".

Təqsirləndirilən şəxs M.Əhmədov isə qeyd edib ki, həmin daşları sataraq, gələn gəliri Yusiflə Əzizovla bölməyi planlaşdırıb: "İstintaqın iştirakı ilə biz 672 ədəd daşı Yusifin anbarına boşaltdıq. Amma Yusif deyir ki, bundan xəbəri yoxdur".

Y.Əzizov isə anbarına başqa daş boşaldıldığını, ona isə məhz sifariş verdiyi daşların lazım olduğunu qeyd edib.

Prosesdə M.Əhmədovla Y.Əzizov arasında mübahisə yaranıb.

Proses noyabrın 8-də davam edəcək.

Xatırladaq ki, M.Əhmədov 2015-ci il dekabrın 14-d Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq dəyərə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi M.Əhmədov barəsində ev dustaqlığı barədə qərar qəbul edib. (Trend)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.