1 noyabr 2016 11:50
Əliyar Ağayev DÇ-2018-in seçmə mərhələ oyununu idarə edəcək
FIFA referisi Əliyar Ağayev növbəti beynəlxalq oyuna təyinat alıb. Azerisport.az xəbər verir ki, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində noyabrın 13-də Nikosiya şəhərində keçiriləcək Kipr – Cəbəllütariq qarşılaşmasının baş hakimi Əliyar Ağayev olacaq.
Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
