1 noyabr 2016 12:00

Dario Federiko: Bunu sadəcə, bəxtsizliklə bağlayardım

“Kəpəz”in aparıcı futbolçularından biri olan Dario Federiko bir müddətdir ki, zədəlidir. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 8-ci turu çərçivəsində AZAL-a qarşı səfər oyununda sıradan çıxan futbolçu hazırda müalicə olunur. Müalicəsi ilə paralel olaraq həkimlərin razılıq qərar verəcəyi təqdirdə o, bu həftədən məşqlərə başlaya biləcək.

Bu arada isə brazliyalı zədəsi, müalicə prosesi, azarkeşlər və digər mövzularla bağlı klub saytının suallarını cavablandırıb. Federiko əvvəlcə özünü necə hiss etməsindən danışıb: “İndi hər şey yaxşıdır, özümü normal hiss edirəm. Müalicə prosesi uğurla davam etdirilir. Ağrılar, çətinliklər artıq arxada qalıb. Təəssüfləndiyim məqam, komandama kömək edə bilməməyimdir. Amma tezliklə bərpa olunub, heyətə dönməyə çalışacağam”.

Xatırlayırsızsa, Federiko ötən mövsüm də məhz AZAL-la oyunda zədələnmişdi. Həmin vaxt futbolçunun zədəsi olduqca ciddi olduğundan əməliyyata ehtyac duyulmuş, son nəticədə orta xətt oyunçusu çempionatı erkən başa vurmalı olmuşdu. Dario acı təsadüf haqda belə danışıb: “Oyunun son dəqiqəsi idi, top mənə düşəndə anidən sürət yığmağa başladım. Lakin sona kimi qaça bilmədim, ayağımda şiddətli ağrılar yarandı. Öncə daha ciddi zədələndiyimi fikirləşdim, tibb personalının ilkin baxışı zamanı 2-3 həftəlik bir şey olduğu deyildi. Səhəri müayinədən keçdim, həkimlər yanılmamışdı. Yenidən eyni komanda ilə matçda zədələnməyimi sadəcə, bəxtsizliklə bağlayardım. Bu, bir qismətdir və zədə futbolun bir hissəsidir. Əminəm ki, bundan sonra daha güclü olacağam”.

Dario gəncəli azarkeşlərin sevimli oyunçulardandır. Bu üzdən də futbolsevərlərin ona görə narahatlıq keçirməsi başa düşüləndir. Bununla bağlı futbolçunun fikirləri də maraqlıdır: “Fanatları sakit olmağa çağırıram, narahat olmasınlar. Tezliklə yenidən meydanlara dönüb, qollar və qələbələrlə onları sevindirməyə səy göstərəcəyəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.