1 noyabr 2016 00:00
Ufuk Budak Antalyaspora qarşı 90 dəqiqə oynadı
Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budağın komandası - "Kayserispor" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Antalyaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Ufuk bu görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Kayserispor" 9 turdan sonra 8 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb.
