31 oktyabr 2016 19:00
PAOK - Qarabağ matçı 10 avroya
Avropa Liqasında qrup mərhələsinin 4-cü çərçivəsində Yunanıstan PAOK-u ilə "Qarabağ" arasında keçiriləcək qarşılaşmanın bilet satışına start verilib. Azerisport.az xəbər verir ki, Salonikidə baş tutacaq oyunun biletləri 10-40 avro (18-71 manat) aralığındadır.
VİP yerlər üçün isə biletlər 100 avroyadır. Biletləri PAOK-un rəsmi saytından, eləcə də matçın baş tutacağı "Tumba" arenasının kassalarından almaq olar.
Qeyd edək ki, PAOK - "Qarabağ" matçı noyabrın 3-də keçiriləcək.
