31 oktyabr 2016 15:15
Səməd Qurbanov: Onlar heç əvəzedici heyətdə də oynamağa layiq deyillər
"Neftçi"nin İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov omandanın beş legioner futbolçusunun əvəzedici heyətə göndərilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Krşevan Santini, Jayro, Vançe Şikov, Dario Melnyak və Denilsonu əvəzedici komandaya göndərməklə Elxan Abdullayev düzgün addım atıb. Çoxdan idi belə qərar gözləyirdim. Onlar heç əvəzedici komandada da oynamağa layiq deyillər. Qoy onların əvəzində yerli futbolçular oynasınlar".
